"Xalq Bank" başqa banklarda olan hesablarının cəmini azaldıb.
Kommersant.az xəbər verir ki, "Xalq Bank"ın nastro hesabları yəni başqa banklardakı müxbir hesabları ötən ilin sonu ilə müqayisədə14 milyon 647 min manat azalaraq 151 milyon 303 min manata düşüb. Bu da 2022-ci ilin sonu ilə müqayisədə 8.82 faiz azdır.