Naxçıvanın əsas bankı hesab edilən "NaxçıvanBank"da kütləvi ixtisarlar gedir.
Kommersant.az xəbər verir ki, işçi heyətində ciddi ixtisarlar edən bankın bazarda az müddət qalacağı barədə fikirlər yaradır. Məlum olduğu kimi məmurlara məxsus olan banklar həmin məmurun tutduğu vəzifədən azad olması ilə iflasa sürüklənir. Buna görə də Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədri vəzifəsindən azad olunması sözügedən bankın müddət ötdükcə müflisləşəcəyini ortaya qoyur.
Qeyd edək ki, "NaxçıvanBank"da yüzlərlə işçi eyni gündə vəzifəsindən azad olunub.