USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycan Beynəlxalq Bankı”nın aktivləri - AZALIB

12.01.2024 Problemli Banklar
0 0
“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2023-cü ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə dövlət bankının aktivlər cəmi 370 milyon 645 min manat və ya 2.64 faiz azalaraq 13 milyard 668 milyon 241 min manata enib. Bu azalmanın əsas səbəbi isə ticarət və investisiya qiymətli kağızların 755 milyon 362 min manat və ya 24.84 faiz azalaraq 2 milyard 284 milyon 852 min manata enməsidir. Bundan başqa ABB-nin banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcmi də 1 milyard 394 milyon 81 min manat və ya 43.02 faiz azalaraq 1 milyard 845 milyon 788 min manata düşüb.

Kommersant.az xəbər verir ki, bankın kredit portfelinin artması dövlət bankının aktivlərinin azalmasının qarşısını ala bilməyib. Çünki, ABB-nin kredit portfeli 1 milyard 518 milyon 198 min manat arta bilib. Bu artında isə əsas pay biznes kreditlərinin üstünə düşüb. Belə ki, bankın biznes kreditləri 866 milyon 678 min manat və ya 52.91 faiz artaraq 2 milyard 504 milyon 615 min manata yüsəlib. İstehlak kreditləri 397 milyon 412 min manat artaraq 1 milyard 370 milyon 120 min manata, ipoteka kreditləri isə 254 milyon 100 min manat artaraq 1 milyard 174 milyon 36 min manata çatıb.

Mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatını 71 milyon 851 min manat artıraraq 364 milyon 692 min manata bərabərləşib. Buna görə də dövlət bankının xalis kreditləri 2023-cü ilin sonunda 4 milyard 684 milyon 78 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 1 milyard 446 milyon 337 min manat və ya 44.67 faiz çoxdur.

  • Əvvəlki

    AccessBank tender elan etdi

Digər xəbərlər

19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0