"BankofBaku"da yerləşdirilən xarici valyuta əmanətləri sığortalanmır.
Kommersant.az xəbər verir ki, "BankofBaku"da qəbul etdiyi dollar əmanətləri "Əmanətlərin Sığortalanması Fondu" (qısaca - ƏSF) tərəfindən sığortalanmır.
Sözügedən bankın "Dinamik əmanət" növü üzrə yerləşdirilən dollar əmanətləri qanuni sığortalanma faizini ötür. Belə ki, bankın "Dinamik əmanət" növündə 1 ildən və daha çox müddət üzrə qəbul edilən əmanətlərə "Bank of Baku" faizlər aylıq ödəndikdə 3 faiz, müddətin sonunda 3.1 faizədək illik faiz ödəyir. Nəticədə bank tərəfindən qəbul edilən əmanətlər ƏSF tərəfindən qorunan əmanət kimi qəbul edilmir.
Qeyd edək ki, hazırda qorunan əmanətlərin illik faiz dərəcəsi milli valyutada 12 faiz, xairici valyutada isə 2.5 faizdir.