"Express Bank"ın depozit portfeli ötən ilin sonu ilə müqayisədə 9 milyon 672 min manat və ya 2.25 faiz azalaraq 420 milyon 648 min manata düşüb.
Kommersant.az xəbər verir ki, bankın depozitlərini itirməsinin əsas səbəblərindən biri hüquqi şəxslərin "Express Bank"dakı pullarını geri çəkməsidir. Hüquqi şəxslərin depozitləri 6 ay ərzində 30 milyon 613 min manat və ya 39.1 faiz azalaraq 47 milyon 663 min manata düşüb.