"Rabitə Bank"ın depozit portfelində azalmalar olub.
Kommersant.az xəbər verir ki, "Rabitə Bank"ın depozit portfeli ötən ilin yekun hesabatı ilə müqayisədə 56 milyon 758 min manat və ya 7.53 faiz azalaraq 697 milyon 66 min manata düşüb. Bu azalmada əsas səbəb biznesmenlərin bankda olan əmanətlərini geri götüeməsidir. Belə ki, hüquqi şəxslərin bankda olan əmanətləri 6 ay ərzində 75 milyon 899 min manat və ya 24.6 faiz azalaraq 232 milyon 539 min manata enib. Fiziki şəxslərin əmanətlərinin artması portfelin artmasına kömək edə bilməyib. Çünki, fiziki şəxslərin depozitləri 19 milyon 191 min manat və ya 4.29 faiz artaraq 464 milyon 527 min manaata yüksəlib.
Nəticədə əksər hesabatlarda olduğu kimi "Rabitə Bank"ın müştərilərini itirməkdə davam edir.