"Yapı Kredi Bank"ın Azərbaycan filialı biznesmen müştərilərini itirib.
Kommersant.az xəbər verir ki, Türkiyə bankı biznesmen müştərolərinin vəsaitlərinin bir hissəsini itirib. Belə ki, bankın hüquqi şəxslərdən topladığı depozitlər 17 milyon 452 min manat və ya 6.3 faiz azalaraq 259 milyon 284 min manata düşüb.
"Yapı Kredi Bank"ın digər öhdəlikləri də ötən ilin sonu ilə müqayisədə 56 min manat azalaraq 11 milyon 445 min manata enib.