USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank VTB-nin mənfəəti azalıb

31.07.2024 Problemli Banklar
0 0
Bildirilib ki, Rusiyanın ikinci ən böyük bankı VTB-nin xalis mənfəəti ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz azalaraq 277,1 milyard rubla (təxminən 3,2 milyard dollar) düşüb.

VTB Direktorlar Şurası sədrinin birinci müavini Dmitri Pyanov paytaxt Moskvada jurnalistlərə Bankın fəaliyyətini qiymətləndirib.

Rusiya Mərkəzi Bankının sərt maliyyə siyasətinə və yüksək siyasət faizinə baxmayaraq ilin ikinci rübündə yaxşı performans göstərdiklərini ifadə edən Pyanov, bu dövrdə eyni dövrə görə yüzdə 8,5 ilə 154,7 milyard rubl xalis mənfəət əldə etdiklərini söyləyib.

Pyanov "VTB-nin ilin birinci yarısında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz azalaraq 277,1 milyard rubla düşüb" deyib.

Bankın il sonu xalis mənfəət hədəfini artırdıqlarını ifadə edən Pyanov, "435 milyard rubl olan hədəfimizi 550 milyard rubla yüksəltdik" dedi.

Rusiya Mərkəzi Bankının pul siyasətini qiymətləndirən Pyanov, "Siyasət faiz dərəcəsinin bu il 18 faiz səviyyəsində sabit qalacağını proqnozlaşdırırıq. Siyasət faiz dərəcəsinin artırılması, analitiklərin reallaşmamış proqnozlarını göstərən əhəmiyyətli bir makroiqtisadi dəyişiklik idi. 2024-cü ildə faiz dərəcəsi aşağı salınacaq” dedi.

  • Əvvəlki

    “Microsoft”un gəliri və mənfəəti rübdə 15 faiz artıb

Digər xəbərlər

19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0