USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AG Bank"ın bağlanma riski var - HESABAT

26.07.2018 Problemli Banklar
0 0
Bankın zərəri 3 dəfədən çox artıb

“Kommersant.az” xəbər verir ki, “AG Bank” 2018-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqladı. Belə ki, bankın faiz gəlirləri 9 milyon 675 min manat, faiz xərcləri 9 milyon 110 min manat, qeyri-faiz gəlirləri 14 milyon 99 min manat, qeyri-faiz xərcləri isə 17 milyon 718 min manat təşkil edib. Bankın əməliyyat zərəri 3 milyon 54 min manat olub. “AG Bank” 2018-ci ilin ikinci rübünü 5 milyon 139 min manat zərərlə başa vurub. Bankın zərəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə artıb.

Bankın kredit portfeli azalıb

“AG Bank”ın 2018-ci ilin ikinci rübü üzrə açıqladığı maliyyə hesabatına görə, müştərilərə verdiyi kreditin həcmi ötən ilin birinci rübü ilə müqayisədə 8% azalaraq 263 milyon 612 min manat olub. Bank kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyata 40 milyon 560 min manat ayırıb. “AG Bank”ın cəmi aktivləri 487 milyon 790 min manat təşkil edib.

Bankın açıqladığı hesabata əsasən depozit portfeli 218 milyon 778 min manat olub.Bankın cəmi öhdəlikləri 444 milyon 595 min manat təşkil edib.

“AG Bank”ın 2018-ci ilin 30 iyun tarixinə açıqladığı maliyyə hesabatına görə bankın məcmu kapitalı 41 milyon 486 min manat olub. Halbuki, tələbə əsasən bankların məcmu kapitalı 50 milyon manatdan az olmamalıdır.