USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Leobank”dan ŞİKAYƏT VAR: “Mənə demədən faiz tətbiq ediblər”

06.11.2024 Problemli Banklar
0 0
“Dəfələrlə etiraz etməyimə baxmayaraq, “Leobank” nümayəndələri bu düzəlişlərin razılıq olmadan edildiyinə məhəl qoymadılar”.

Kommersant.az xəbər verir ki, bunu redaksiyamıza “Leobank”-la bağlı şikayətində şikayətçi Vüsal Bilalov deyib.

O, sözügedən bankın müştərilərinə razılaşmasız borc artımı tətbiq etməsi ilə bağlı narahatlığını bildirib.

Şikayətçi qeyd edib ki, əvvəllər “Leobank”ın verdiyi taksit kartını faizsiz taksit planı ilə istifadə etsə də, indi kartın borcunun idarə edilməsi ilə bağlı problem yaşayır:

“İlkin olaraq razılığımla 18 aylıq faizsiz taksit planı ilə bu kartdan istifadə edərək alış-veriş etdim. “Leobank” mobil proqramında yoxlama zamanı borc qeydləri və əvvəlki əməliyyatların silindiyini gördüm. Səbəbsiz sıfırlamadan narahat olaraq aydınlıq gətirmək üçün dərhal “Leobank”ın müştəri xidmətlərinə müraciət etdim. Bir həftə gözlədikdən sonra bank mənə borcumun təfərrüatları ilə bağlı müqavilə göndərdi, lakin böyük dəyişikliklə”.

O, söyləyib ki, əvvəlcədən məsləhətləşmədən və özünün təsdiqi olmadan “Leobank” borcumu yenidən hesablayıb, faizləri tətbiq edib və taksit müddətini 24 aya qədər uzadıb:

“Bu dəyişiklik ilkin şərtlərə uyğun deyildi. Razılaşdırılmış şərtlərə məhəl qoymadan, həm də gözlənilmədən faizlər tətbiq edildi və bununla da ödəməli olduğum ümumi borc məbləği artdı. Dəfələrlə etiraz etməyimə baxmayaraq, “Leobank” nümayəndələri bu düzəlişlərin razılıq olmadan edildiyinə məhəl qoymadılar. Bank qurumları şəffaflığı təmin etməli və əvvəlcədən razılaşdırılmış şərtlərə riayət etməklə, yaxud heç olmazsa, hər hansı dəyişiklikləri əvvəlcədən bildirməklə müştərilərinin etibarını qorumalıdır. Mən “Leobank”ı müştəriləri ilə bağlanmış ilkin razılaşmaya əməl etməyə çağırıram”.

Qeyd edək ki, məsələ ilə bağlı “Leobank”ın tərkibində olduğu “Unibank”ın mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, bankdan suallarımıza cavab tapa bilmədik.

  • Əvvəlki

    Yelo Mobil POS ilə Visa kartlarından ödənişlərinizi komissiyasız qəbul edin

Digər xəbərlər

31.07.2024 Problemli Banklar
Bank VTB-nin mənfəəti azalıb
0 0
19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0