USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AccessBank"da əmanəti olanların DİQQƏTİNƏ - ƏMANƏTLƏRİNİZ QORUNMUR

21.11.2024 Problemli Banklar
0 0
"AccessBank"da yerləşdirilən depozitlər "Əmanətlərin Sığortalanması Fondu" (qısaca - ADİF) tərəfindən sığortalanmır.

Kommersant.az xəbər verir ki, sözügedən bankın təşkil etdiyi aksiya üzrə yerləşdirilən əmanətlər riskli əmanət kimi hesab olunur. Belə ki, təşkil olunan aksiya üzrə xarici valyutada "Accessbank"a yerləşdirilən depozitlər “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq qorunmur. Qanuna görə vətəndaşların Fondun iştirakçı banklarına yerləşdirdiyi depozitlərin illik faiz dərəcəsi milli valyutada 12%, xarici valyutada isə 2.5%-dən çox olmamalıdır.

Fond iştirakçısı olan "Accessbank"da aksiya üzrə xarici valyuta əmanətində 6 aylıq yerləşdirilən depozitə faizlər aylıq ödənildiyi zaman 3.5%, müddətin sonunda ödənildikdə isə 4% illik faiz dərəcəsi ödənilir. Bu da yuxarıda qeyd olunan Azərbaycanın “Əmanətlərin sığortalanması haqqında” qanuna ziddir.

Qeyd edək ki, bu kimi aksiya təşkil edən "Amrahbank"ın lisenziyası ləğv olunduqdan sonra əmanətçilərin vəsaitləri geri qaytarılmamışdı.

  • Əvvəlki

    Daha bir şirkət ölkədən valyuta vəsaiti çıxarıb, amma geri qaytarmayıb

Digər xəbərlər

31.07.2024 Problemli Banklar
Bank VTB-nin mənfəəti azalıb
0 0
19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
Biznesmenlər "Express Bank"a üz çevirdi
0 0