USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank of Baku” bütün depozitlərini sıfırlayıb

16.01.2025 Problemli Banklar
0 0
“Bank of Baku” (qısaca - BOB) 2024-cü ilin son rübündə banklar və maliyyə istitutlarındakı depozitlərini sıfırlayıb

Kommersant.az xəbər verir ki, “Bank of Baku”nunaktivlər cəmi 2023-cü ilin sonu ilə müqayisədə 63 milyon 384 min manat artıraraq 934 milyon 273 min manata yüksəldib. Bu artımın əsas səbəbi bankın verdiyi kreditlərin 101 milyon 381 min manat artaraq 760 milyon 424 min manata yüksəlməsidir. Bu artıma baxmayaraq aktivlə cəminin artımının az olması BOB-un banklar və digər maliyyə institutlarındakı depozitlərinin hamısını geri çəkməsidir. Çünki 2023-cü ildə maliyyə institutlarında 34 milyon manat depoziti olan bankın hazırki depoziti sıfıra bərabərdir.

BOB-un müştərilərinə verdiyi istehlak kreditləri 103 milyon 22 min manat artaraq 579 milyon 277 min manata, daşınmaz əmlak kreditləri isə 13 milyon 528 min manat artaraq 48 milyon 424 min manata yüksəlib. Bundan başqa bankın hüquqi şəxslərə verdiyi biznes kreditləri 15 milyon 366 min manat azalaraq 132 milyon 721 min manata düşüb.

Mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatını 4 milyon 341 min manat azaldaraq 55 milyon 172 min manata salmasına baxmayaraq bankın xalis kreditləri 705 milyon 251 min manat təşkil edib. Bu da 2023-cü ilin son rübü ilə müqayisədə 105 milyon 722 min manat çoxdur.

  • Əvvəlki

    “Yapı Kredi Bank”ın yekun - HESABATI

Digər xəbərlər

16.01.2025 Problemli Banklar
"Bank of Baku"nun gəliri - AZALIB
0 0
16.01.2025 Problemli Banklar
“Yapı Kredi Bank”ın gəliri - AZALIB
0 0
31.07.2024 Problemli Banklar
Bank VTB-nin mənfəəti azalıb
0 0
19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0