"Bank of Baku"-nun 2024-cü ilin 4-cü rübü üzrə maliyyə göstəricilərində gəlirlilik səviyyəsinin müəyyən dərəcədə azalması müşahidə olunur.
Kommersant.az xəbər verir ki, aktivlərin gəlirliliyi (ROA) 2.92%-dən 2.77%-ə düşərək 0.15% azalma göstərib. Bu, BOB-un ümumi aktivlərindən əldə etdiyi mənfəətin nisbətən zəiflədiyini ifadə edir. Eyni zamanda, kapitalın gəlirliliyi (ROE) də 18.31%-dən 16.65%-ə enərək 1.66% azalma qeydə alınıb. Bu göstərici səhmdar kapitalının mənfəət gətirmə qabiliyyətinin azaldığını göstərir və bankın ümumi rentabelliyinə təsir edə bilər. Sözügedən azalmanın səbəbləri arasında faiz və qeyri-faiz xərclərinin artması, əməliyyat gəlirlərinin 2023-cü illə müqayisədə daha zəif artım tempi ilə inkişaf etməsi ola bilər.
Qeyd edək ki, "Bank of Baku"nun gələcək dövrlərdə gəlirliliyini artırmaq üçün xərcləri optimallaşdırması və aktivlərin daha səmərəli idarə olunmasına yönəlmiş strategiyalar həyata keçirməsi vacibdir.