USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İnsanlar “AccessBank”dakı pullarını geri götürürlər - HESABAT

17.01.2025 Problemli Banklar
0 0
“AccessBank” depozit topladığı müştərilərini itirib. Bankın açıqladığı hesabata görə 2024-cü ilin son rübündə bankın depozit portfeli 25 milyon 92 min manat və ya 2.39 faiz azalaraq 1 milyard 26 milyon manata enib. Bu azalmada əsas pay fiziki şəxslərin bankdakı əmanətlərinin üzərinə düşüb. Belə ki, onların əmanətləri 1 il ərzində 34 milyon 984 min manat azalaraq 807 milyon 482 min manata düşüb. Buna baxmayaraq hüquqi şəxslərin depozitləri 9 milyon 892 min manat artaraq 219 milyon manata çatıb. Nəticədə bankın depozit portfeli kiçilib.

Kommersant.az xəbər verir ki, digər öhdəliklərini 52 milyon 102 min manat artıraraq 48 milyon 908 min manata çatdıran bank öhdəliklər cəmini mənfiyə düşməkdən xilas edib. “AccessBank” eyni zamanda kredit təşkilatları və digər maliyyə insitutlarına olan öhdəliyini 53 milyon 330 min manat artıraraq öhdəliklər cəmini müsbətə çıxarıb. Bankın öhdəliklər cəmi 1 il ərzində 48 milyon 964 min manat artaraq 1 milyard 304 milyon manata yüksəlib.

Ümumilikdə depozitlərin azalması və digər maliyyə öhdəliklərinin artması bankın maliyyələşmə mənbələrində müəyyən dəyişikliklərə getdiyini göstərir. Bu tendensiyanın gələcəkdə bankın likvidliyi və maliyyə dayanıqlığına necə təsir edəcəyi sual altındadır.

  • Əvvəlki

    “AccessBank” qiymətli kağızları 46.1 fazi azalıb

Digər xəbərlər

17.01.2025 Problemli Banklar
“AccessBank” səhmdar kapitalını 55 azaldıb
0 0
16.01.2025 Problemli Banklar
"Bank of Baku"nun gəliri - AZALIB
0 0