USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“ExpressBank” 2024-cü ildə geriləyib - HESABAT

17.01.2025 Problemli Banklar
0 0
“ExpressBank” 2023-cü ilin üçüncü rübünə olan hesabatını açıqlayıb. Hesabata görə “ExpressBank”ın xalis mənfəəti 6.47 faiz azalıb.

Kommersant.az xəbər verir ki, “ExpressBank”ın cəmi aktivləri 1 il ərzində 59 milyon 933 min manat artaraq 620 milyon 161 min manata yüksəlib. Bunun əsas səbəbi bankın kredit portfelinin artmasıdır. “ExpressBank”ın istehlak kreditləri 2023-cü ilin son rübü ilə müqayisədə 33 milyon 624 min manat artaraq 222 milyon 986 min manata, biznes kreditləri 51 milyon 969 min manat artaraq 165 milyon 362 min manata, daşınmaz əmlak kreditləri 7 milyon 114 min manat artaraq 113 milyon 612 min manata çatıb. Yekunda bankın kredit portfeli 92 milyon 707 min manat artaraq 501 milyon 960 min manat olub.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 3 milyon 548 min manat artıraraq 8 milyon 547 min manata yüksəlib. Buna görə də “ExpressBank”ın xalis kreditləri 89 milyon 159 min manat artaraq 493 milyon 413 min manata bərabərləşib.

“ExpressBank”ın depozit portfeli 2024-cü ilin sonunda 31 milyon 680 min manat artaraq 262 min manata yüksəlib. Bu artım ancaq fiziki şəxslərin əmanətlərinin hesabına əldə olunub. Çünki, fiziki şəxslərin banka əmanət etdiyi depozitlərin həcmi 50 milyon 184 min manat artaraq 202 milyon 319 min manat olsa da biznesmenlər əmanət etdiyi vəsaitin 23.63 faizini geri götürüb. Buna görə də bankın hüquqi şəxslərdən topladığı əmanətlər 1 il ərzində 18 milyon 504 min manat azalaraq 59 milyon 772 min manat düşüb. Portfelin artması yekunda öhdəliklər cəminin artmasına da ciddi təkan verib. “ExpressBank”ın öhdəliklər cəmi 51 milyon 133 min manat artaraq 481 milyon 453 min manata çatıb.

Bankın ümumi ehtiyatları 764 min manat artaraq 6 milyon 112 min manata, bölüşdürülməmiş mənfəətinin isə 8 milyon 36 min manat artaraq 20 milyon 51 min manata yüksəlib. Buna görə də bankın kapitalının cəmi 138 milyon 708 min manat olub. Bu da 2023-cü ilin sonu ilə müqayisədə 8 milyon 800 min manat və ya 6.77 faiz çoxdur.

ExpressBank

2024 (IV Rüb)

2023 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

620,161

560,228

59,933

Kredit

501,960

409,253

92,707

İstehlak kreditləri

222,986

189,362

33,624

Biznes kreditləri

165,362

113,393

51,969

Daşınmaz əmlak kreditləri

113,612

106,498

7,114

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

8,547

4,999

3,548

Xalis Kreditlər

493,413

404,254

89,159

Cəmi Öhdəliklər

481,453

430,320

51,133

Depozit

262,091

230,411

31,680

Fiziki şəxslərin depozitləri

202,319

152,135

50,184

Hüquqi şəxslərin depozitləri

59,772

78,276

-18,504

Cəmi Kapital

138,708

129,908

8,800

Səhmdar kapitalı

112,545

112,545

0

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

-

-

-

Bölüşdürülməmiş mənfəət

20,051

12,015

8,036

Ümumi ehtiyatlar

6,112

5,348

764

Bankın faiz gəliri 2023-cü ilin eyni rübü ilə müqayisədə 10 milyon 812 min manat artaraq 68 ilyon 482 min manata, faiz xərcləri isə 4 milyon 271 min manat artaraq 19 milyon 787 min manata yüksəlib. Buna görə də bankın xalis faiz gəliri 48 milyon 694 min manat olub ki, bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə 6 milyon 540 min manat çoxdur.

“ExpressBank”ın qeyri-faiz gəliri 1 milyon 668 min manat artaraq 20 milyon 628 min manat, qeyri-faiz xərcləri isə 6 milyon 281 min manat artaraq 48 milyon 852 min manat olub. Yekunda bankın əldə etdiyi əməliyyat mənfəəti 1 milyon 928 min manat artaraq 20 milyon 471 min manata çatıb.

Bütün bu artımlar bankın xalis mənfəətinə müsbət təsir göstərə bilməyib. Çünki, “ExpressBank”ın tutumlardan sonrakı xalis mənfəəti 11 milyon 237 min manat olub. Bu da 2023-cü ilin 4-cü rübü ilə müqayisədə 777 min manat və ya 6.47 faiz azdır.

Bankın aktivlərinin gəlirliyi 1 il ərzində 0.33 faiz azalaraq 1.81 faizə, kapitalının gəlirliyi isə 1.08 faiz azalaraq 8.16 faizə düşüb.

Qeyd edək ki, “ExpressBank”ın məcmu kapitalı 1 il ərzində 9 milyon 174 min manat artaraq 136 milyon 999 min manata yüksəlib.

ExpressBank

2024 (IV Rüb)

2023 (IV Rüb)

Fərq

Faiz Gəliri

68,482

57,670

10,812

Faiz Xərci

19,787

15,516

4,271

Xalis Faiz Gəliri/Zərəri

48,694

42,154

6,540

Qeyri-Faiz Gəliri

20,628

18,960

1,668

Qeyri-Faiz Xərci

48,852

42,571

6,281

Əməliyyat Mənfəəti (Zərəri)

20,471

18,543

1,928

Xalis Mənfəət (Zərər)

11,237

12,014

-777

ROA

1.81%

2.14%

-0.33%

ROE

8.16%

9.24%

-1.08%

Məcmu Kapital

136,999

127,825

9,174

  • Əvvəlki

    ABŞ-nin Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatıb

Digər xəbərlər