USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ARDNF: “Rusiyanın “VTB Bank”ı 2021-ci ildən dividend ödəmir”

24.01.2025 Problemli Banklar
0 0
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhmdarı olduğu Rusiyanın “VTB Bank”ı 2021-ci ildən etibarən dividend ödəmir.

Bunu Fondun icraçı direktoru İsrafil Məmmədov bildirib.

“Bildiyiniz kimi, 2012-ci ildən ARDNF investisiya portfelinin diversifikasiyası məqsədilə səhmlərə investisiyalara başlayıb. Bu çərçivədə, qeyd etdiyiniz kimi, 2013-cü ildə Rusiyanın ən iri maliyyə və sistem əhəmiyyətli qurumlarından biri, aktivlərinin məbləği 26 trilyon rubla yaxın (Rusiya bazarında 2-cidir) olan “VTB Bank”ın 3 % səhmləri əldə edilib. Bildirmək istərdik ki, yaxın gələcəkdə “VTB Bank”a əlavə sərmayə qoyuluşu nəzərdə tutulmayıb. Dividendlərə gəldikdə isə, “VTB Bank”a investisiya edilən tarixdən etibarən Fonda 3,9 milyard rus rublu dividend ödənilib. Xüsusilə qeyd etmək istərdim ki, 2021-ci ildən etibarən “VTB Bank”ın daxili dividend siyasətinə əsasən dividend ödənişləri həyata keçirilməyib”, – deyə o qeyd edib.

  • Əvvəlki

    ADY-in şəhərətrafı qatarlarının bələdiyyə seçkiləri günü ilə bağlı fəaliyyət qrafiki açıqlanıb

Digər xəbərlər

17.01.2025 Problemli Banklar
"Express Bank" gəlirliyi azalıb - TƏHLİL
0 0