USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank of Baku” qara siyahıda - HESABAT

22.10.2018 Problemli Banklar
0 0
Bankdakı pul vəsaitləri rübün sonunda 20 milyon 78 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 42 milyon 926 min manat azalma deməkdir. Belə ki, ötən ilin müvafiq dövründə pul vəsaitləri rübün sonunda 63 milyon 13 min manat olub.

“Kommersant.az” “Bank of Baku” nun açıqladığı hesabata əsasən xəbər verir ki, bankın cəmi kapitalı bu ilin 3-cü rübündə 39 milyon 534 min manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 974 min manat azdır.

Bankın cəmi öhdəlikləri və aktivləri kəskin azalıb

“Bank of Baku”nun cəmi öhəlikləri ötən ilin 3-cü rübünə qədər 393 milyon 170 min manat təşkil etmişdi. Bu il isə bankın cəmi öhdəlikləri 131 milyon 098 min manat azalaraq 262 milyon 72 min manat olub. Bundan başqa, bankın aktivləri bu ilin 9 ayı ərzində 301 milyon 606 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 132 milyon 72 min manat azdır.

Bankın məcmu kapitalı da azalıb

“Bank of Baku”nun məcmu kapitalı bu ilin 9 ayına 27 milyon 452 min manat təşkil edib. Bu, ötən ilin 3-cü rübü ilə müqayisədə 3 milyon 161 min manat azdır. Azərbaycan Mərkəzi Bankının (AMB) banklara qarşı məcmu kapital tələbinə görə, bankın məcmu kapitalı 50 milyon manatdan az olmamalıdır. Bankın hazırki məcmu kapitalı isə “Bank of Baku”nun bağlanma riskini artırır. Belə görünür ki, “Bank of Baku” fəaliyyətlərini davam etdirmək üçün ya kapitallarını artırmalı, ya da konsolidasiyaya getməli, yəni başqa bankla birləşməlidirlər.

Bank, AMB-nin tələbinə cavab verə bilmir

“Bank of Baku” məcmu və birinci dərəcəli kapitalın adekvatlığı üzrə AMB tərəfindən müəyyən edilmiş tələblərə cavab verə bilmir. Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı, məcmu kapitalın adekvatlıq əmsalı və leverec əmsalı da normadan azdır. Belə ki, I dərəcəli kapitalın adekvatlıq əmsalı 4,07% (norma 5%), məcmu kapitalın adekvatlıq əmsalı 8,87% (norma 10%), leverec əmsalı isə 3,98% (norma 5%) təşkil edib.

  • Əvvəlki

    Günün gündüz saatlarına olan - PROQNOZ

Digər xəbərlər

19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0