USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azər Türk Bank" 65 gün faizsiz kredit xətti kampaniyasını davam etdirir

10.12.2018 Sərfəli Banklar
0 0
Azər Türk Bankın elan etdiyi 65 günədək faizsiz kredit xətti kampaniyasının müddəti bitsə də, Banka müraciətlərin sayının artması və müştərilərin arzusu nəzərə alınmaqla kampaniya 10 dekabr tarixindən etibarən yenidən qüvvədədir.

Kampaniya ərzində Bank özünün yeni məhsulunu – fiziki şəxlər üçün nəzərdə tutulmuş 65 günədək güzəşt müddətli kredit kartını müştərilərə təklif edəcəkdir. Eyni zamanda, kampaniya çərçivəsində MasterCard Gold və Visa Gold kartlarının müştərilərə hədiyyə edilməsi nəzərdə tutulmuşdur. Ayrılan kredit xətti üzrə istifadə edilən məbləğ 65 günədək qaytarıldıqda faiz hesablanmır.

Maksimal məbləği 5000 manat təşkil edən 65 günədək güzəşt müddəti olan kredit xətti rəsmi gəliri olan hər kəs üçün tək şəxsiyyət vəsiqəsi ilə açıla bilər.

Eləcə də, kart hesabınıza yüklənən şəxsi vəsaitinizin qalığına illik 3% gəlir hesablanacaq və hər ayın sonu balansınıza əlavə ediləcəkdir.
Kampaniya yalnız Bakı şəhərini əhatə etməklə dekabrın 28-dək davam edəcəkdir.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.