USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bolkartla alış-veriş et, İstanbula SƏYAHƏT qazan” kampaniyasının qalibləri məlum oldu!

29.01.2019 Sərfəli Banklar
0 0
Bank of Baku və Mastercard-ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Bolkartla alış-veriş et, İstanbula SƏYAHƏT qazan” müsabiqəsinin qalibləri mükafatlandırıldı.

Alış-veriş həvəskarlarının sevincinə səbəb olan kampaniyanın şərtlərinə əsəsən, 20 sentyabr – 20 dekabr 2018-ci il tarixləri arasında, Bolkart Mastercard kartı ilə ən çox alış-veriş edən 1 müştəri - Tural Kazımov möhtəşəm hədiyyənin sahibi oldu. O, Bank of Baku tərəfindən İSTANBULA 2 NƏFƏRLİK SƏYAHƏT paketi ilə (gediş-dönüş bileti, otel, transfer xidməti və səyahət sığortası) mükafatlandırıldı.

Xərclədikcə qazandıran “Bolkartla alış-veriş et, İstanbula SƏYAHƏT qazan” müsabiqəsinin bir digər şərtinə əsasən isə kampaniya müddəti – yəni 4 ay ərzində hər ay Bolkart Mastercard kartı ilə ən çox alış-veriş edən 3 müştəri pul mükafatı qazandı.

Belə ki, sentyabr ayında 5 fərqli POS-terminaldan ümumilikdə 100 AZN və daha çox məbləğdə ən çox alış-veriş edən,

Əsgərov Afiq – 250 AZN BAL;
Əhmədov Ravil– 150 AZN BAL;
Aslanov Orxan– 100 AZN BAL;
Oktyabr ayında ən çox alış-veriş edən,

Həsənova Xalidə - 250 AZN BAL;
Məmmədov Oqtay– 150 AZN BAL;
Məsimov İsmayıl – 100 AZN BAL;
Noyabr ayında ən çox alış-veriş edən,

Musayeva Gülşən – 250 AZN BAL;
Hüseynzadə Kamal – 150 AZN BAL;
Rzayeva Nərminə – 100 AZN BAL;
Dekabr ayında ən çox alış-veriş edərək qalib olan,

Əliyeva Adilə - 250 AZN BAL;
Aşurova Xədicə – 150 AZN BAL;
Qocayeva Elnurə – 100 AZN BAL HƏDİYYƏ qazandı.
Qazanılan BAL-lar Bank of Baku tərəfindən müştərilərin kart hesablarına yerləşdirildi. Xatırlatmaq lazımdır ki, 1 BAL=1 AZN dəyərindədir və müştərilər balanslarındakı BAL-ların miqdarı müqabilində pulsuz alış-veriş edə bilərlər.

Böyük maraq və diqqəti özündə toplayan kampaniya dövrü ərzində ümumilikdə 13 müştəri qalib oldu.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bolkart.az

www.facebook.com/Bolkart