USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank Respublika”nın müştəriləri 100 000 manatdan çox bonus qazanıb!

21.02.2019 Sərfəli Banklar
0 0
Yarandığı gündən etibarən müştərilərinə daim faydalı və sərfəli bank məhsulları təqdim edən Bank Respublika, daha bir uğura imza atıb. Belə ki, Bankın həyata keçirdiyi loyallıq proqramı çərçivəsində, kart müştərilərinin qazandığı bonus 100 min manatı keçib.

Hazırda 400-ə yaxın partnyor mağaza və xidmət mərkəzlərində “Bank Respublika”ın istənilən kartları ilə
edilən ödənişlər zamanı kart sahibləri müəyyən həcmdə BONUS qazanırlar. Bankın əməkdaşlıq etdiyi
partnyor şəbəkəsində istənilən sektordan – supermarket, geyim, ev əşyaları, parfümeriya, texnika, turizm,
səhiyyə, avto və digər tərəfdaşları tapmaq mümkündür.

Ölkəmizdə müştərilər üçün tətbiq edilən ilk loyallıq proqramlarından biri olmaqla yanaşı, Bankın həyata
keçirdiyi bonus layihəsi respublikamızda nağdsız ödənişlərin aparılmasının stimullaşdırılmasına da böyük
dəstək verir.

Mobil Şöbə əlavəsini yararlanaraq Siz, Bankın bonus layihəsi çərçivəsində əməkdaşlıq etdiyi partnyor
mağaza və xidmət mərkəzlərinin siyahısını əldə edə bilər, eləcə də, banka gəlmədən öz kart hesabınızı
idarə edərək istənilən bank əməliyyatını həyata keçirə bilərsiniz.

Əgər Siz də ödəniş edərkən bonuslar qazanmaq istəyirsinizsə, o zaman elə indicə banka gəlmədən Bank
Respublika kartlarını online sifariş edin.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng
edərək əldə edə bilərsiniz.