USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankı VTB (Azərbaycan)- ın orta və kiçik müştərilərlə iş idarəsinin rəisi Elçin Həsənovun müsahibəsi

27.02.2019 Sərfəli Banklar
0 0
Stabil inkişaf üçün sahibkarların daim etibarlı maliyyə dəstəyinə ehtiyacı var. Bu səbəbdən elə biznesin uğuru da tərəfdaş-bankın düzgün seçimindən asılıdır. Bu sahədə tələbatı yüksək olan bank məhsulları və VTB (Azərbaycan)-ın üstünlüklərindən bankın orta və kiçik müştərilərlə iş idarəsinin rəisi Elçin Həsənov danışır.

- Bank VTB korporativ müştərilərinə hansı xidmətləri təqdim edir?

Korporativ biznesin inkişafı ənənəvi olaraq fəaliyyətimizin prioritet istiqamətlərindən biridir.

Biz müştərilərimizə geniş çeşidli xidmətlər təklif edir və onlarla möhkəm tərəfdaşlıq əlaqələri qururuq. Bu gün VTB (Azərbaycan) iş adamlarına həm qısamüddətli kreditlər, kredit xəttləri və overdraftlar, həm də yeddi il müddətinə biznes kreditləri təklif edir. Xidmətlər arasında akkreditiv və bank zəmanətləri məhsulları kifayət qədər populyardır. Bunlar sahibkarlara ənənəvi kreditləşmə alətlərindən istifadə etmədən iri sövdələşmələrdə iştirak etməyə imkan verir.

2018-ci ildə verilmiş bank zəmanətlərinin sayı 2, həcmi isə 8 dəfə artıb. Ötən il biz ümumi məbləği 1,5 mln manat təşkil edən 46 bank zəmanəti vermişik- onların arasında rubl və dollarda olan zəmanətlər də olub.

Kredit məhsulları və sənədli əməliyyatlar həm yerli, həm xarici valyutalarda təklif edilir. Bu istiqamətdə biz müştərilərimizə kompleks şəklində xidmət göstəririk: sözləşmə şərtlərinin hazırlanması, risklərin və xərclərin qiymətləndirilməsi və s. Bundan başqa, iş adamları hesablaşma-kassa xidməti, ticarət maliyyələşməsi, konversiya əməliyyatları kimi məhsullardan da yararlana bilər.

-Təklif etdiyiniz xidmətlər digər banklarla müqayisədə hansı üstünlüyünə malikdir?

Bildiyiniz kimi, hazırda bir çox sahibkarlar öz bizneslərini ölkə xaricində də uğurla inkişaf etdirir və bu tendensiya artmaqda davam edir. Belə biznesin bir çox hallarda etibarlı tərəfdaş qismində çıxış edəcək bir banka ehtiyacı var. VTB (Azərbaycan) da beynəlxalq VTB qrupun bir hissəsidir. Bizim əsas üstünlüklərimizdən biri də məhz bundan ibarətdir: müştərilər bir bankın müxtəlif xarici nümayəndəliklərinin xidmətlərindən istifadə edə bilər. Bu, onlara həm vaxtlarına, həm də vəsaitlərinə qənaət etməyə imkan verir.

- Korporativ müştərilərinizə göstərilən xidmətlərə görə hansı tarifləri təqdim edirsiniz?

Biz çevik tarif siyasətinə əsaslanır və müştərilərimizə fərdi yanaşırıq. VTB Qrupun bir hissəsi kimi biz iş adamlarına əlverişli əməkdaşıq şərtləri təklif edirik. Misal üçün, beynəlxalq hesablaşmalar üzrə VTB Qrup çərçivəsində güzəştli tariflər mövcuddur. Bu da müştərilərimizə sərfəli şərtlərlə hesablaşma əməliyyatlarını həyata keçirməyə imkan verir.

-Yaxın vaxtlarda korporativ müştərilərinizə yeni təklif və xidmətlər təqdim etməyi planlaşdırırsınızmı?

Biz daim bu istiqamətdə iş aparırıq. İki dövlətin subyektləri arasında hesablaşmanı asanlaşdıran və digər ölkələrin bazarlarına yerli məhsulun ixracını artıran məhsul və xidmətlərin tətbiqi bizim üçün prioritet məsələlərdən biridir.

Yaxın vaxtlarda kiçik və orta sahibkarlıq üçün kassa-hesablaşma xidməti paketi kimi yeni məhsulu təqdim etmək niyyətindəyik. Bu xidmət müştərilərə standart əməliyyatlar üzrə xərclərini optimalaşdırmağa imkan verəcək.

Biz rəqəmsallaşdırma dövründə yaşayırıq və bu sahədə aparıcı xidmətlərin təqdim edilməsi sahəsində rəqabət kifayət qədər yüksəkdir. Bu məsələdə banklar da istisna deyil.

Bu gün hər bir maliyyə təşkilatı müştərilərinə rəqəmsal xidmətlər, tətbiqlər təklif edir. Biz mobil və internet bank xidmətlərimizin funksionalını daim genişləndirir, maksimal dərəcədə rahat xidmət göstərməyə çalışırıq. Bu istiqamətdə müştəri bazamızı genişləndirmək üçün perspektivlər mövcuddur.