USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank VTB Azərbaycan”ın rəhbərliyinə dəyişiklik gözlənilir

18.03.2019 Sərfəli Banklar
0 0
Aprelin 30-da, saat 11:00-da “Bank VTB Azərbaycan” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Məlumata görə, yığıncaq “Bank VTB Azərbaycan”ın Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında (Messenat Plaza) yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə Bankın ötənilki fəaliyyətinə dair maliyyə hesabatının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi və dividendlərin ödənilməsinə dair təkliflərə baxılması, əqdlərinin razılaşdırılması, Müşahidə Şurasının tərkibinin nəzərdən keçirilməsi məsələləri daxildir.