USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Gunay Bank” ailəsi ağır itki verib

06.04.2021 Sərfəli Banklar
0 0
Dünən 05.04.2021-ci il tarixində “Günay Bank” ASC-nin İnformasiya Texnologiyaları Departamentinin direktoru Sadıqov Günəl Fikrət oğlu 52 yaşında vəfat edib.

Bankdan "Kommersant.az"-a verilən məlumata görə, G.Sadıqov yüksək idarəçilik, eyni zamanda peşəkarlıq qabiliyyətlləri olmuş və kollektivimizin dərin rəğbətini qazanmış dəyərli bir insan idi. Amalında olduğu kimi imanında, həmçinin dostluğunda son dərəcə məsuliyyətli və qayğıkeş biri idi.

O, ümumilikdə hər şeyə xoş bir özünəməxsusluqla yanaşdığı üçün, yanındakı hər bir insana motivasiya verməyi bacarırdı.

Günəl Sadıqovun dünyasını dəyişməsi öz ailəsində olduğu qədər, əməkdaşı olduğu “Günay Bank” ailəsində də çox ağır qəbul edilir.

Onun mehriban salamı, xoş ifadələri və gülərüz siması daim kollektivimizdə anılacaq, xatirəsi əziz tutulacaqdır.

“Günay Bank” rəhbərliyi və kollektivi Günəl Sadıqovun doğmalarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir, Allahdan ona qəni-qəni rəhmət diləyir.

  • Əvvəlki

    Ağstafada tender maxinasiyaları - İcra Hakimiyyəti izi necə itirməyə çalışır?

Digər xəbərlər