USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AccessBank” müştərilərinin nəzərinə

08.04.2021 Sərfəli Banklar
0 0
“AccessBank” 2020-2021-ci illərdə xarici əməliyyatlar həyata keçirmiş müştərilərinin hesablarından ƏDV tutur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 173.1-ci maddəsinə əsasən, 20.01.2020-19.02.2021 tarixləri arasında aparılmış elektron ticarət və ya onlayn xidmətlərə görə fiziki şəxslər 18% dəyərində ƏDV ödəməlidir.

Bundan başqa, vergi orqanlarında qeydiyyatdan keçməmiş və onlayn xidmətlər alan fiziki şəxslər, həmçinin xarici ölkələrdə təşkil olunan lotereyaların, digər yarış və müsabiqələrin iştirakçıları olan Azərbaycan Respublikasının vətəndaşları qeyd olunan dövr üçün ƏDV ödəməlidirlər.

Cari vergi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 173.1 bəndinə əsasən, 2017-ci ildən tutulur. Vergi, əməliyyatı icra edən yerli bank və ya xarici bankın ölkədəki filialları tərəfindən vətəndaşın hesabından silinərək dövlət büdcəsinə ödənilir. Texniki səbəblərdən Bank cari vergini 20.01.2020-19.02.2021 tarixləri ərzində tutmayıb.

“AccessBank”, müştərilərinin rahatlığı üçün ƏDV-ni onların bank hesablarından siləcək. Müştərilərə anlayışları üçün təşəkkür edir və proseslə bağlı olaraq, hər hansısa sualları yarandığı halda “AccessBank”ın 151 Əlaqə mərkəzinə müraciət etmələrini xahiş edirik.

  • Əvvəlki

    Mərkəzi Bankdan Hesablama Palatasının açıqlalarına - REAKSİYA

Digər xəbərlər