USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bank birinci rübü mənfəətlə başa vurdu

16.04.2021 Sərfəli Banklar
0 0
Dövlət bankı Azər Türk Bankın 01 aprel 2019-cu il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% artaraq 332 milyon manat səviyyəsində olmuşdur. Bankın kredit portfelinin həcmi 156,2 milyon manat təşkil etmişdir ki, bu da ötən ilki göstəriciyə nisbətən 33% çoxdur.

Ümumi gəlirlər 7,8 milyon manat , xərclər 7,4 milyon manat olmuşdur. Birinci rübdə Bank,keçən ilin eyni dövrünə nisbətən iki dəfədən çox, 390,6 min manat həcmində xalis mənfəət əldə etmişdir.

Məcmu kapitalın həcmi 52,3 milyon manat olmuşdur. Qeyd edək ki, məcmu kapitalın adekvatlığı 23,7 %, leverecəmsalı 14,3%təşkil edir ki, bu da müəyyən edilmiş normadan yüksəkdir. Kapitalın gəlirliyi (RoE əmsalı) 2,83 % səviyyəsində olmuşdur.

Cəmi bank öhdəliklərinin həcmi 276,3 milyon manat təşkil etmişdir.

Bank 151,5 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 49,8 milyon manatı əhalinin əmanətləridir.

Bankın müştərilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 85% artaraq,52 924 nəfərə çatmışdır.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.