USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank Respublika yeni “KOB Mərkəzi” filialını istifadəyə verdi

17.01.2023 Sərfəli Banklar
0 0
Bank Respublika yeni “KOB Mərkəzi” filialını istifadəyə verdi

Belə ki, Bank, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılmış yeni "Bakı KOB evi"ndə özünün növbəti filialını istifadəyə verdi.

Sahibkarların həm dövlət həm də özəl sektorda fəaliyyət göstərən qurumların xidmətlərinə rahat, maneəsiz və şəffaf çıxışının təmin olunduğu 29 dövlət və 20 özəl qurumun təmsil olunduğu "Bakı KOB evi"ndə özünün 31-ci filialını açmaqla Bank Respublika da sahibkarlara geniş spektr xidmətlər təklif edərək öz töhfəsini verəcək.

Qeyd edək ki, "Bakı KOB evi" ölkəmizdə biznes subyektləri üçün operativlik, şəffaflıq və rahatlıq prinsiplərinə, müasir innovasiyalara əsaslanan "G2B" (dövlət-biznes) və "B2B" (biznes-biznes) xidmətlərinin göstərildiyi vahid məkandır.

Yeni filial - Bakı şəhəri, akademik Ziya Bünyadov prospekti 38C, 1969-cu məhəllədə fəaliyyət göstərəcək. "Bank Respublika"nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 31 filialı və 3 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

  • Əvvəlki

    Abdullayev şirkətlərinin qısa icmalı - ARDI VAR...

Digər xəbərlər