USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət bankının kredit portfeli 40%-ə yaxın - ARTIB

24.01.2023 Sərfəli Banklar
15 7
“Azər Türk Bank” (ATB) 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bankın aktivlər cəmi 1 il ərzində 557 milyon 829 min manat artaraq 965 milyon 157 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, dövlət bankının aktivlər cəmindəki əsas artım kredit portfelinin üstünə düşüb. Belə ki, ATB-nin 2022-ci il sonuna olan kredit portfeli 321 milyon 723 min manat artıb. Bu da 2021-ilin analoji dövrü ilə müqayisədə 88 milyon 131 min manat və ya 37.7% çoxdur.

Kredit portfelinin artmasında böyük pay istehlak kreditlərinin üstünə düşüb. Sözügedən kredit 65 milyon 803 min manat artaraq 143 milyno 475 min manata çatıb. Buna baxnayaraq dövlət bankının verdiyi biznes kreditlərində 10 milyon 709 min manatlıq geriləmə olub.

ATB-nin daşınmaz əmlaka verdiyi kreditlər isə 33 milyon 31 min manat və ya 30% artaraq 143 milyon 12 min manata bərabər olub.

Azər Türk Bank

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

965.157

407.328

557.829

Kredit

321.723

233.592

88.131

İstehlak kreditləri

143.475

77.672

65.803

Biznes kreditləri

35.236

45.939

-10.703

Daşınmaz əmlak kreditləri

143.012

109.981

33.031

  • Əvvəlki

    Problem yarandı, ipoteka kreditləri üzrə müraciətlərin qəbulu təxirə salındı

Digər xəbərlər