USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Günay Bank” ASC- keçən ili uğurla başa vurdu

24.01.2023 Sərfəli Banklar
17 4
“Günay Bank” ASC-nin açıqladığı illik hesabata nəzər salarkən məlum olur ki, Bank 2021-ci ildəki müsbət tendensiyasını 2022-ci ildə də davam etdirməyə müvəffəq olub.

Belə ki, 2021-ci ildə 409.6 min manat mənfəət əldə edən Bank, 2022-ci ili 490.4 min manat yaxud 20 faizədək artımla başa vurub.

Əvvəlki ilə nisbətən Bankın aktivləri 10 %artıb. Hesabat tarixinə Bankın Məcmu Kapitalı isə 64634 min təşkil edib. Qeyd olunan bütün göstəricilər "Gunay Bank" ASC-nin korporativ bankçılıq istiqamətində öz mövqeyini qoruyaraq inkişaf etdiyindən xəbər verir.