“Azər Türk Bank” (ATB) 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə dövlət bankının xalis mənfəəti 10 milyon 474 min manat və ya 19.1 dəfə artaraq 11 milyon 20 min manata yüksəlib.
Kommersant.az xəbər verir ki, ATB-nin əsas göstəricilərində ciddi artım müşahidə olunub. Belə ki, bankın aktivlər cəmi 1 il ərzində 557 milyon 829 min manat artaraq 965 milyon 157 min manata yüksəlib.
Kommersant.az xəbər verir ki, dövlət bankının aktivlər cəmindəki əsas artım kredit portfelinin üstünə düşüb. Belə ki, ATB-nin 2022-ci il sonuna olan kredit portfeli 321 milyon 723 min manat artıb. Bu da 2021-ilin analoji dövrü ilə müqayisədə 88 milyon 131 min manat və ya 37.7% çoxdur.
Kredit portfelinin artmasında böyük pay istehlak kreditlərinin üstünə düşüb. Sözügedən kredit 65 milyon 803 min manat artaraq 143 milyno 475 min manata çatıb. Buna baxnayaraq dövlət bankının verdiyi biznes kreditlərində 10 milyon 709 min manatlıq geriləmə olub.
ATB-nin daşınmaz əmlaka verdiyi kreditlər isə 33 milyon 31 min manat və ya 30% artaraq 143 milyon 12 min manata bərabər olub.
Dövlət bankı 2022-ci ilin son rübündə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 1 milyon 665 min manat azaltsa da xalis kreditlərini 89 milyon 796 min manat və ya 39,7% artıraraq 315 milyon 923 min manata çatdırıb.
ATB 2022-ci ilin sonunda öhdəliklər cəmini 545 milyn 635 min manat və ya 1.6 dəfə artıraraq 895 milyon 983 min manata yüksəldib. Bunun əsas səbəbi də dövlət bankının depozit portfelinin 177 milyon 522 min manat və ya 85.5% artmasıdır. Bu artımın 107 milyon 113 min manatı (1.1 dəfə çox) fiziki şəxslərin, 70 milyon 409 min manatı (62% çox) hüquqi şəxslərin depoziti olub.
ATB-nin kapital cəmi isə 12 milyon 194 min manat və ya 21% artaraq 69 milyon 174 min manata yüksəlib. Bu məbləğin 10 milyon 806 min manatı bölüşdürülməmiş mənfəətin payına düşüb. Belə ki, bankın sözügedən mənfəəti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2.3 dəfəartaraq 15 milyon 406 min manata çatıb. Səhmdar kapitalında dəyişiklik etməyən dövlət bankı ümumi ehtiyyatlarını 1 milyon 388 min manat və ya 58.3% artıraraq 3 milyon 788 min manata bərabərləşdirib.
Dövlət bankının faiz gəlirləri, xalis mənfəəti və əməliyyat mənfəəti də artıb. Belə ki, faiz gəlirini 2021-ci ilin son rübü ilə müqayisədə 12 milyon 996 min manat və ya 58.3% artıraraq 35 milyon 253 min manata çatdırıb. Bundan başqa ATB-nin faiz xərcləri də 4 milyon 723 min manat və ya 74.4% artaraq 11 milyon 67 min manata yüksəlib. Nəticədə bankın xalis faiz gəliri 8 milyon 274 min manat və ya 51.9% artaraq 24 milyon 187 min manata bərabərləşib.
Qeyri-faiz gəliri 20 milyon 388 min manat və ya 1.5 dəfə artaraq 33 milyon 951 min manata, qeyri-faiz xərcləri də 10 milyon 188 min manat və ya 34.7% artaraq 39 milyon 521 min manata çatıb. Buna görə də dövlət bankının əməliyyat mənfəəti 10 milyon 474 min manat artaraq 11 milyon 20 min manat olub.
ATB-nin məcmu kapitalı 2021-ci ilin son rübü ilə müqayisədə 12 milyon 319 min manat və ya 24.2% artaraq 63 milyon 164 min manata bərabər olub.