USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank Respublika"nın aktivlər cəmi 29% artıb - HESABAT

25.01.2023 Sərfəli Banklar
28 2
“Bank Respublika”nın cəmi aktivləri 2022-ci ilin son rübünə 1 milyard 584 milyon 857 min manat olub. Bu da 2021-ci ilin sonu ilə müqayisədə 352 milyon 490 min manat və ya 28.6% çoxdur.

Kommersant.az xəbər verir ki, bankın aktivlər cəminin artmasına əsas səbəb kredit portfeli olub. Belə ki, “Bank Respublika”-nın kredit portfeli 1 il ərzində 242 milyon 620 min manat və ya 33.7% artaraq 962 milyon 560 min manata bərabər olub.

Bankın kredit portfelinin artmasında isə biznes kreditlərinin payı daha çox olub. 2021-ci ilin eyni dövrü ilə müqayisədə biznes kreditləri 141 milyon 168 min manat və ya 27.3% artaraq 658 milyon 115 min manata çatıb. Bundan başqa bankın istehlak kreditləri 86 milyon 980 min manat və ya 61.8% artaraq 227 milyon 600 min manata bərabər olub. “Bank Respublika”nın daşınmaz əmlaka verdiyi kreditlər 14 milyon 599 min manat artaraq 23.5% artaraq 76 milyon 604 min manata çatıb.

Qeyd edək ki, bankın kreditləri 1 il ərzində 246 milyon 471 min manat və ya 34.7% artaraq 956 milyon 424 min manat olub. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 9 milyon 987 min manatdan 6 milyon 136 min manata salıb.

Bank Respublika

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

1.584.857

1.232.367

352.490

Kredit

962.560

719.940

242.620

İstehlak kreditləri

227.600

140.710

86.980

Biznes kreditləri

658.115

516.947

141.168

Daşınmaz əmlak kreditləri

76.604

62.005

14.599

Xalis Kreditlər

956.424

709.953

246.471

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

6.136

9.987

-3.851