“Günay Bank” 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə sözügedən bankın xalis mənfəəti 81 min manat və ya 19.8% artaraq 490 min manata yüksəlib.
Kommersant.az xəbər verir ki, bankın məcmu kapitalında isə 740 min manat və ya 0.1% azalma müşahidə olunub. Belə ki, “Günay Bank”ın məcmu kapitalı 2021-ci ilin sonu ilə müqayisədə 740 min manat azalaraq 64 milyon 633 min manata enib.
CƏMİ AKTİVLƏRİ ARTIB
Bankın aktivlər cəmi 1 il ərzində 24 milyon 848 min manat və ya 0.9% artaraq 281 milyon 317 min manata çatıb. Bu artımın səbəbi nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitin 2021-ci ilin eyni rübü ilə müqayisədə 11 milyon 807 min manat və ya 63% artaraq 30 milyon 553 min manata bərabər olmasıdır.
Bankın kredit portfelində isə 1 milyon 38 min manat azalma olub. Bu da “Günay Bank”ın kredit portfelini 198 milyon 737 min manata endirib. Bu azalmada tək səbəb isə biznes kreditlərində olub. Belə ki, bankın istehlak kreditləri 124 min manat və ya 0.5% artaraq 2 milyon 657 min manata yüksəlib. Amma biznes kreditləri 2021-ci ilin analoji dövrü ilə müqayisədə 11 milyon 196 min manat və ya 0.9% azalaraq 114 milyon 444 min manata çatıb. Daşınmaz əmlak kreditlərində isə 1 il ərzində 10 milyon 34 min manatlıq artım olub. Bununla da sözügedən kredit 2022-ci ilin sonunda 81 milyon 635 min manata bərabər olub.
“Günay Bank” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 1 milyon 359 min manat azaldaraq 19 milyon 35 min manata salması bankın xalis kreditlərini 179 milyon 701 min manata çatdırıb. Bu da 2021=ci ilin eyni dövrü ilə müqayisədə 321 min manat çoxdur.
DEPOZİT PORTFELİ ARTIB
2022-ci ilin son rübündə “Günay Bank”ın öhdəliklər cəmi 213 milyon 766 min manat olub. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 22 milyon 913 min manat və ya 1.2% çoxdur. Bu artımın 77.9%-i depozit portfelinin üstünə düşüb. Belə ki, bankın sözügedən portfeli 17 milyon 845 min manat və ya 19% artaraq 111 milyon 405 min manata yüksəlib.
Bankda əmanəti olan fiziki şəxslərin depozitləri 9 milyon 841 min manat artaraq 73 milyon 841 min manata, hüquqi şəxslərin əmanətləri isə 8 milyon 3 min manat artaraq 37 milyon 563 min manata çatıb.
ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
Bankın faiz gəliri 935 min manat və ya 0.6% artaraq 14 milyon 840 min manata, faiz xərcləri isə 2 milyon 549 min manat və ya 28.5% artaraq 11 milyon 504 min manata yüksəlib. Nəticədə bankın xalis faiz gəliri 3 milyon 336 min manat olub ki, bu da 2021-ci ilin son rübü ilə müqayisədə 1 milyon 614 min manat azdır.
Qeyri-faiz gəlirini 1 milyon 560 min manat və ya 20.6% artıraraq 9 milyon 143 min manata, qeyri-faiz xərclərini isə 249 min manat və ya 0.2% artıraraq 10 milyon 255 min manata bərabər edib. Buna görə də bank 2 milyon 224 min manat əməliyyat mənfəəti əldə edib.