USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət bankının faiz gəlirləri - HESABAT

15.02.2023 Sərfəli Banklar
16 0
“AzərTürk Bank” (ATB) 2022-ci ilin sonunda xalis mənfəəti 10 milyon 474 min manat və ya 19.2 dəfə artaraq 11 milyon 20 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, dövlət bankının faiz gəlirləri 1 il ərzində 12 milyon 996 min manat və ya 58.4% artaraq 35 milyon 253 min manata çatıb. Bankın faiz xərcləri də 4 milyon 723 min manat və ya 74.4% artaraq 11 milyon 67 min manata bərabərləşib. Nəticədə ATB xalis faiz gəliri əldə edib. Onun sözügedən gəliri 8 milyon 274 min manat və ya 52% artaraq 24 milyon 187 min manata yüksəlib.

Dövlət bankının qeyri-faiz gəliri 20 milyon 388 min manat və ya 1.5 dəfə artaraq 33 milyon 951 min manata çatıb. Bankın qeyri-faiz xərcləri isə 10 milyon 188 min manat və ya 34.7% artaraq 39 milyon 521 min manata yüksəlib. Yekunda bankın əməliyyat mənfəəti 18 milyon 474 min manat artaraq 18 milyon 617 min manata bərabərləşib.

Azər Türk Bank

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Faiz Gəliri

35.253

22.256

12.996

Faiz Xərci

11.067

6.344

4.723

Xalis Faiz Gəliri

24.187

15.913

8.274

Qeyri-Faiz Gəliri

33.951

13.563

20.388

Qeyri-Faiz Xərci

39.521

29.333

10.188

Əməliyyat Mənfəəti (Zərəri)

18.617

143

18.474

Xalis Mənfəət (Zərər)

11.020

546

10.474

  • Əvvəlki

    Türkiyədəki zəlzələ Avropada son 100 ilin ən böyük təbii fəlakətidir - ÜST

Digər xəbərlər