USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yelo Bank-dan fermerlər üçün ilk kredit kartı

16.02.2023 Sərfəli Banklar
11 8
Hər zaman müştəri ehtiyaclarını nəzərə alan Yelo Bank-dan daha bir yenilik! Bank bu dəfə kənd təsərrüfatı ilə məşğul olan hüquqi şəxs və fərdi sahibkarlar üçün ölkədə ilk aqro kredit kart məhsulunu təqdim edir.

Həm kredit, həm də debit kart funksiyalarına malik bu məhsulun aşağıdakı üstünlükləri var:

  • Kredit məbləği: 5000 AZN-dək
  • Kredit xəttinin müddəti: 24 ay
  • Güzəşt müddəti: 12 ayadək
  • Kredit xəttindən təkrar istifadə imkanı
  • Çevik rəsmiləşdirmə prosesi
  • Rəsmiləşdirmə komissiyası yoxdur

Kartın əsas üstünlüyü olan güzəşt müddəti kartla nağdlaşdırılmış hər vəsaitə şamil olunur, yəni bu kartla nağdlaşdırılmış istənilən məbləğli əməliyyata görə 12 ayadək güzəşt müddəti tətbiq olunacaq.

Xərcləriniz və kredit ödənişinizə nəzarət etmək üçün parlaq Yelo App də 24/7 xidmətinizdədir. Qeyd edək ki, aqro kredit kartı pulsuzdur. Kart vasitəsilə Yelo Bank ATM və ofislərindən, həmçinin Azərpoçt ATM-lərindən nağdlaşdırma komissiyasızdır.

Son illərdə sürətlə rəqəmsallaşan Yelo Bank yaxın zamanda biznes sahibləri üçün yeni məhsullar təqdim etməklə bərabər, bir sıra xidmətləri daha da təkmilləşdirəcək. Ölkənin ilk aqro kredit kartını onlayn sifarişlə əldə edə bilərsiniz: https://bit.ly/yldnjy


Bank xidmətləri, eləcə də mikro biznes krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

  • Əvvəlki

    İkinci əl avtomobilin pis vəziyyətdə olduğunu necə bilək? - MÜSAHİBƏ

Digər xəbərlər