USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AccessBank" aktivlər cəmini 25%-dən çox artırıb

20.02.2023 Sərfəli Banklar
16 6
“AccessBank”ın cəmi aktivləri 2021-ci ilin son rübü ilə müqayisədə 236 milyon 705 min manat və ya 25.4% artaraq 1 milyard 168 milyon 855 min manata yüksəlib.

Kommersant.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “AccessBank”ın cəmi aktivlərinin artmasında kredit portfelinin payı 76.5% olub. Belə ki, bankın kredit portfeli 2021-ci ilin analoji dövrü ilə müqayisədə 181 milyon 73 min manat və ya 28.6% artaraq 813 milyon 549 min manata çatıb. Bu artımın 48.6%-i istehlak kreditlərinin, 17.5%-i biznes kreditlərinin payəna düşüb.

Bankın istehlak kreditləri 87 milyon 994 min manat artaraq 174 milyon 215 min manata bərabərləşib. Biznes kreditləri də 94 milyon 648 min manat artaraq 634 milyon 17 min manata çatıb. Bunlara baxmayaraq, bankın daşınmaz əmlaka verdikləri kredit 1 il ərzində 1 milyon 569 min manat azalaraq 5 milyon 317 min manata enib.

“AccessBank” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 6 milyon 98 min manat azaldaraq 33 milyon 980 min manata endirib. Buna görə də bankın xalis kreditləri 813 milyon 549 min manat olub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 181 milyon 73 min manat və ya 28.6% çoxdur.

AccessBank

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

1.168.855

932.150

236.705

Kredit

813.549

632.476

181.073

İstehlak kreditləri

174.215

86.221

87.994

Biznes kreditləri

634.017

539.369

94.648

Daşınmaz əmlak kreditləri

5.317

6.886

-1.569

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

-33.980

-40.078

6.098

Xalis Kreditlər

813.549

632. 476

181.073