USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AccessBank"ın depozit portfeli 25% artıb

20.02.2023 Sərfəli Banklar
16 3
“AccessBank”ın cəmi öhdəliklərini 213 milyon 350 min manat və ya 25.3% artıraraq 1 milyard 56 milyon 93 min manata yüksəldib.

Kommersant.az xəbər verir ki, bu artımın 79.8%-i müştərilərin banka yerləşdirdiyi əmanətlərin payına düşüb. Belə ki, bankın depozit portfeli 170 milyon 226 min manat və ya 24.7% artaraq 860 milyon 54 min manata çatıb.

Fiziki şəxslərin depozitləri 2021-ci ilin son rübü ilə müqayisədə 161 milyon 40 min manat və ya 28.9% artaraq 719 milyon 13 min manata yüksəlib. Bankın hüquqi şəxslərdən topladığı əmanətlər isə 9 milyon 186 min manat və ya 6.9% artaraq 141 milyon 41 min manata bərabərləşib.

AccessBank

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Cəmi Öhdəliklər

1.056.093

842.743

213.350

Depozit

860.054

689.828

170.226

Fiziki şəxslərin depozitləri

719.013

557.973

161.040

Hüquqi şəxslərin depozitləri

141.041

131.855

9.186