USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AccessBank” xalis mənfəətini 13 dəfəyədək artırıb

21.02.2023 Sərfəli Banklar
27 0
“AccessBank”ın xalis mənfəəti 2021-ci ilin son rübü ilə müqayisədə 13 milyon 931 min manat və ya 12.6 dəfə artaraq 15 milyon 37 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, bankın faiz gəlirləri 39 milyon 502 min manat və ya 39% artaraq 140 milyon 555 min manata çatıb. Bankın faiz xərcləri isə 9 milyon 615 min manat və ya 20.3% artaraq 56 milyon 981 min manata yüksəlib.

Bunun nəticəsində bankın xalis faiz gəliri əldə edilib. Belə ki, bankın xails faiz gəliri 2021-ci ilin son rübü ilə müqayisədə 29 milyon 887 min manat və ya 55.7% artaraq 83 milyon 574 min manata bərabər olub.

Qeyri-faiz gəlirini 29 milyon 887 min manat və ya 19.9% artıraraq 13 milyon 78 min manata, qeyri-faiz xərclərini isə 8 milyon 986 min manat və ya 14.2% artıraraq 72 milyon 318 min manata çatdırıb. Buna görə də “AccessBank”ın əməliyyat mənfəəti 24 milyon 334 min manat olub. Bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 18.2 dəfə çoxdur.

AccessBank

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Faiz Gəliri

140.555

101.053

39.502

Faiz Xərci

56.981

47.366

9.615

Xalis Faiz Gəliri/Zərəri

83.574

53.687

29.887

Qeyri-Faiz Gəliri

13.078

10.909

2.169

Qeyri-Faiz Xərci

72.318

63.332

8.986

Əməliyyat Mənfəəti (Zərəri)

24.334

1.264

23.070

Xalis Mənfəət (Zərər)

15.037

1.106

13.931