USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank Respublika"nın cəmi öhdəlikləri 30% artıb

22.02.2023 Sərfəli Banklar
20 7
“Bank Respublika”nın cəmi öhdəlikləri 2021-ci ilin son rübü ilə müqayisədə 334 milyon 580 min manat və ya 29.5% artaraq 1 milyard 466 milyon 405 min manata çatıb.

Kommersant.az xəbər verir ki, bankın öhdəliklər cəminin artmasında depozit portfelinin payı 49.1% təşkil edib. Belə ki, bankın depozit portfeli 1 il ərzində 164 milyon 328 min manat və ya 20.5% artaraq 965 milyon 893 min manata bərabərləşib.

Bu artımda fiziki şəxslərin əmanətləri 150 milyon 553 min manat və ya 36.8% artaraq 558 milyon 963 min manata yüksəlib. “Bank Respublika”nın hüquqi şəxslərdən topladığı əmanətlər isə 13 milyon 776 min manat və ya 3.5% artaraq 406 milyon 930 min manata çatıb.

Bank Respublika

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Cəmi Öhdəliklər

1.466.405

1.131.825

334.580

Depozit

965.893

801.565

164.328

Fiziki şəxslərin depozitləri

558.963

408.410

150.553

Hüquqi şəxslərin depozitləri

406.930

393.154

13.776