USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Riteyl Bankirlər Məktəbinin məzunları AccessBank-da işə başladılar

05.04.2023 Sərfəli Banklar
15 2
AccessBank-ın Retail Bankirlər Məktəbi (“Retail Bankers School”) layihəsinin məzunları Bankın əməkdaşları qismində fəaliyyətə başlayıblar. Biri Sumqayıt filialında olmaqla, ümumilikdə 11 nəfər artıq Bankın rəsmi əməkdaşıdır.

Səma Əbdülhəsənova: Retail Bankirlər Məktəbi layihəsi haqqında Bankın rəsmi saytından oxudum və özümü sınamaq qərarına gəldim. Çox xoşbəxtəm ki, vaxtında doğru qərar verdim. Layihə qısa bir müddətdə bizə bankçılıq haqqında ətraflı biliklər verdi. Hazırda Xaqani filialında Müştəri Xidmətləri üzrə Kiçik Mütəxəssis vəzifəsində işləyirəm. Təşəkkürlər, AccessBank!

Taleh Muradov: Retail Bankirlər Məktəbi layihəsində 2 aylıq təcrübə müddətini uğurla başa vuraraq, Bankın Babək filialında Müştəri Xidmətləri üzrə Kiçik Mütəxəssis vəzifəsində işə başladım. Universiteti yeni bitirən və iş təcrübəsi olmayanlara tövsiyə edərdim ki, bu proqrama qatılıb, özlərini ən yaxşı tərəfdən göstərərək yekunda işlə təmin olunsunlar. Çünki uğurlu karyera üçün AccessBank məncə ən doğru seçimdir.

Ülkər Xudadatova: AccessBank-ın Retail Bankirlər Məktəbi proqramına böyük həvəslə müraciət etdim. Çünki bu proqramın iş həyatına qatılmaq üçün əla başlanğıc olduğu haqqında çox eşitmişdim. Təcrübə müddətində bankçılıq haqqında dolğun məlumatlar əldə etdim, real iş mühiti ilə tanış oldum. Bu müddətdə yalnız nəzəri deyil, həm də praktiki biliklər əldə etdim. Hazırda Müştəri Xidmətləri üzrə Kiçik Mütəxəssis vəzifəsində işləyirəm. Retail Bankirlər Məktəbi layihəsinin işimə qatqısı danılmazdır.

AccessBank təcrübəsiz gənclərə iş şansı vermək ənənəsinə sadiqdir. Bank tarixi boyu təcrübəsiz, yeni məzun olmuş gənclərin yanında olub. Hazırda AccessBank-da rəhbər vəzifələrdə çalışan əksər əməkdaşlar Banka heç bir təcrübələri olmadan, universitetdən yeni məzun olaraq gəliblər. Burada püxtələşib, professionallaşıblar. Retail Bankirlər Məktəbi layihəsinin əsas məqsədi də gəncləri bankçılığa cəlb etmək, yeni liderlər yetişdirmək və onları işlə təmin etməkdir.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

  • Əvvəlki

    "Biz Rusiya tərəfinin dəvətini gözləyirik" - Çavuşoğlu

Digər xəbərlər