USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azər Türk Bank" depozit portfelini 97% artırıb - HESABAT

26.04.2023 Sərfəli Banklar
21 12
"Azər Türk Bank"ın (qısaca - ATB) cəmi öhdəlikləri 458 milyon 759 min manat və ya artaraq 840 milyon 505 min manata çatıb.

Kommersant.az ATB-nin açıqladığı hesabata istinadən xəbər verir ki, bu artımda depozit portfelinin payı 42,5 faiz olub. Belə ki, bankın depozit portfeli 195 milyon 18 min manat və ya 97 faiz artaraq 396 milyon 145 min manata yüksəlib. Bu yüksəlmədə fiziki şəxslərin payı 53 faiz, hüquqi şəxslərin payı isə 47 faiz təşkil edib.

Dövlət bankının fiziki şəxslərdən topladığı depozitlər 195 mmilyon 18 min manat və ya 96,96 faiz artaraq 198 milyon 325 min manata, hüquqi şəxslərdən topladığı əmanətlər isə 91 milyon 707 manata çatıb.