USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azər Türk Bank”ın xalis mənfəəti 12 dəfədən çox artıb - HESABAT

25.04.2023 Sərfəli Banklar
26 4
“Azər Türk Bank” (qısaca - ATB) 2023-cü ilin ilk rübünə olan hesabatını açıqlayıb.

Kommersant.az dövlət bankının hesabatına istinadən xəbər verir ki, ATB-nin xalis mənfəəti cari ilin 1-ci rübündə 3 milyon 79 min manat olub ki, bu da 2022-ci ilin ilk rübü ilə müqayisədə 2 milyon 853 min manat və ya 12,6 dəfə çoxdur. Buna görə də ATB-nin aktivlərinin gəlirliyi 2022-ci ilin ilin eyni rübü ilə müqayisədə 0,28 faiz artaraq 0,33 faizə, kapitalının gəlirliyi isə 3,84 faiz artaraq 4,23 faizə yüksəlib.