USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət Bankı 2023-cü ilə artımlarla start verdi - HESABAT

25.04.2023 Sərfəli Banklar
17 0
“Azər Türk Bank” (qısaca - ATB) 2023-cü ilin ilk rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, dövlət bankının xalis mənfəəti cari ilin 1-ci rübündə 3 milyon 79 min manat olub ki, bu da 2022-ci ilin ilk rübü ilə müqayisədə 2 milyon 853 min manat və ya 12,6 dəfə çoxdur. Buna görə də ATB-nin aktivlərinin gəlirliyi 2022-ci ilin ilin eyni rübü ilə müqayisədə 0,28 faiz artaraq 0,33 faizə, kapitalının gəlirliyi isə 3,84 faiz artaraq 4,23 faizə yüksəlib.

Kommersant.az dövlət bankının açıqladığı hesabata istinadən xəbər verir ki, ATB-nin cəmi aktivləri 474 milyon 27 min manat artaraq 913 milyon 299 min manata yüksəlib. Bu artımın əsas səbəbi bankın müştərilərinə veridiyi kreditlərin 2022-ci ilin müvafiq rübü ilə müqayisədə 122 milyon 398 min manat və ya 49,9 faiz çox olmasıdır. Kredit portfelinin artmasında əsas pay isə istehlak kreditlərinin üstünə düşüb. Belə ki, ATB-nin müştərilərinə verdiyi istehlak kreditləri 90 milyon 726 min manat artaraq 174 milyon 442 min manata, biznes kreditləri isə 206 min manat artaraq 43 milyon 842 min manata çatıb. Bankın ipoteka kreditləri isə 31 milyon 466 min manat artaraq 149 milyon 212 min manat olub. ATB-nin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 111 min manat artıraraq 6 milyon 545 min manata yüksəldib. Yekunda bankın müştərilərinə verdiyi xalis kreditlərin payı 122 milyon 287 min manat artaraq 360 milyon 951 min manata bərabərləşib.

DEPOZİT PORTFELİ ÖHDƏLİKLƏRİNİ ARTIRIB

ATB-nin cəmi öhdəlikləri 458 milyon 759 min manat və ya artaraq 840 imlyon 505 min manata çatıb. Bu artımda depozit portfelinin payı 42,5 faiz olub. Belə ki, bankın depozit portfeli 195 milyon 18 min manat və ya 97 faiz artaraq 396 milyon 145 min manata yüksəlib. Bu yüksəlmədə fiziki şəxslərin payı 53 faiz, hüquqi şəxslərin payı isə 47 faiz təşkil edib.

Dövlət bankının fiziki şəxlərdən topladığı depozitlər 195 mmilyon 18 min manat və ya 96,96 faiz artaraq 198 milyon 325 min manata, hüquqi şəxslərdən topladığı əmanətlər isə 91 mimlyon 707 min manat və ya 86,42 faiz artaraq 197 milyon 820 min manata yüksəlib.

ATB-nin bölüşdürülməmiş mənfəəti 13 milyon 658 min manat və ya 3 dəfə artaraq 18 milyon 485 min manata bərabər olub. Bundan başqa dövlət bankının ümumi ehtiyatları da 1 milyon 610 min manat və ya 59,65 faiz artaraq 4 milyon 309 min manata çatıb. Buna görə də bankın cəmi kapitalı 15 milyon 268 min manat və ya 26,54 faiz artaraq 72 milyon 794 min manata bərabər olub.

ƏMƏLİYYAT MƏNFƏƏTİNDƏ CİDDİ ARTIM

Bankın faiz gəliri 7 milyon 577 min manat artaraq 14 milyon 168 min manata, faiz xərcləri isə 2 milyon 610 min manat artaraq 4 milyon 733 min manata yüksəlib. Buna görə də ATB-nin xalis faiz gəliri 9 milyon 435 min manat olub ki, bu da 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 4 milyon 968 min manat çoxdur.

Dövlət bankının qeyri-faiz gəliri 3 milyon 591 min manat artaraq 6 milyon 695 min manata, qeyri-faiz xərcləri isə 3 milyon 609 min manat artaraq 11 milyon 284 min manata bərabər olub. Bu da bankən əməliyyat mənfəəti əldə etməsinə səbəb olub. Belə ki, ATB-nin əməliyyat mənfəəti 4 milyon 950 min manat artaraq 4 milyon 846 min manata yüksəlib.

Qeyd edək ki, dövlət bankının məcmu kapitalı 14 ilyon 862 min manat və ya 28,61 faiz artaraq 4 milyon 846 min manata çatıb.

Azər Türk Bank

2023 (I Rüb)

2022 (I Rüb)

Fərq

Cəmi Aktivlər

913,299

439,272

474,027

Kredit

367,496

245,098

122,398

İstehlak kreditləri

174,442

83,716

90,726

Biznes kreditləri

43,842

43,636

206

Daşınmaz əmlak kreditləri

149,212

117,746

31,466

Xalis Kreditlər

360,951

238,664

122,287

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

6,545

6,434

111

Cəmi Öhdəliklər

840,505

381,746

458,759

Depozit

396,145

201,127

195,018

Fiziki şəxslərin depozitləri

198,325

95,014

103,311

Hüquqi şəxslərin depozitləri

197,820

106,113

91,707

Cəmi Kapital

72,794

57,526

15,268

Səhmdar kapitalı

50,000

50,000

0

Bölüşdürülməmiş mənfəət

18,485

4,827

13,658

Ümumi ehtiyatlar

4,309

2,699

1,610

Faiz Gəliri

14,168

6,591

7,577

Faiz Xərci

4,733

2,123

2,610

Xalis Faiz Gəliri/Zərəri

9,435

4,467

4,968

Qeyri-Faiz Gəliri

6,695

3,104

3,591

Qeyri-Faiz Xərci

11,284

7,675

3,609

Əməliyyat Mənfəəti (Zərəri)

4,846

-104

4,950

Xalis Mənfəət (Zərər)

3,079

226

2,853

Məcmu Kapital

66,802

51,940

14,862

ROA

0,33%

0,05%

0,28%

ROE

4,23%

0,39%

3,84%