USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“TuranBank” kredit portfelini artırıb

26.04.2023 Sərfəli Banklar
1 0
“TuranBank” 2023-cü ilin ilk rübündə aktivlər cəmini artıraraq start verib.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 51 milyon 453 min manat və ya 6.26 faiz artaraq 872 milyon 274 min manata yüksəlib. Bu yüksəlmədə kredit portfelinin payı 21 faiz olub. Belə ki, bankın kredit portfeli 10 milyon 843 min manat və ya 1.9 faiz artaraq 559 milyon 338 min manata çatıb.

“TuranBank”ın istehlak kreditləri 814 min manat artaraq 139 milyon 607 min manata, biznes kreditləri isə 5 milyon 745 min manat artaraq 319 milyon 600 min manata bərabərləşib. Ipoteka kreditləri isə cari ilin ilk rübündə 100 milyon 131 min manat olub ki, bu da ötən ilin son rübü ilə müqayisədə 4 milyon 283 min manat çoxdur.