USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AccessBank”ın depozit portfeli böyüyüb

26.04.2023 Sərfəli Banklar
14 1
“AccessBank” depozitlərinin həcmini ötən ilin sonu ilə müqayisədə 88 milyon 710 min manat və ya 10.3 faiz artıraraq 948 milyon 764 min manata yüksəldib. Bu artımda hüquqi şəxslərin depozitlərin payı 64.24 faiz, fiziki şəxslərin depozitlərinin payı isə 35.76 faiz olub.

Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, fiziki şəxslərin depozitləri 2022-ci ilin sonu ilə müqayisədə 31 milyon 724 min manat artaraq 750 milyon 737 min manata çatıb. Biznesmenlərin bankdakı əmanətləri isə 56 milyon 986 min manata artaraq 198 milyon 27 min manata bərabər olub. Bu artımlar bankın cəmi öhdəliklərini 84 milyon 933 min manat artmasına səbəb olub. Cari ilin ilk rübündə “AccessBank”ın cəmi öhdəlikləri 1 milyard 141 milyon 26 min manata çatıb.