USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AccessBank” gəlirliyində ciddi artım - HESABAT

26.04.2023 Sərfəli Banklar
18 10
“AccessBank” 2023-cü ilin ilk rübünə xalis mənfəətini artıraraq start verib. Bankın xalis mənfəəti ötən ilin sonu ilə müqayisədə 4 milyon 657 min manat və ya 5.8 dəfə artıraraq 5 milyon 460 min manata yüksəldib.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “AccessBank”ın aktivlər cəmi 2022-ci ilin son rübü ilə müqayisədə 90 milyon 985 min manat artaraq 1 milyard 259 milyon 840 min manata çatıb. Bu artımda kredit portfelinin payı 70.7 faiz olub. Belə ki, bankın müştərilərinə verdiyi kreditlər 64 milyon 361 min manat artaraq 877 milyon 910 min manata çatıb.

Kredit portfelinin artmasında əsas pay isə biznes kreditlərinin üstünə düşüb. Bankın biznes kreditləri 39 milyon 999 min manat artaraq 674 milyon 16 min manata, istehlak kreditləri 24 milyon 503 min manat artaraq 198 milyon 718 min manata yüksəlib. Bankın ipoteka kreditləri isə 141 min manat azalaraq 5 milyon 176 min manata düşüb.

DEPOZİT PORTFELİ ÖHDƏLİKLƏR CƏMİNİ ARTIRIB

“AccessBank” depozitlərinin həcmini 88 milyon 710 min manat və ya 10.3 faiz artıraraq 948 milyon 764 min manata yüksəldib. Bu artımda hüquqi şəxslərin depozitlərin payı 64.24 faiz, fiziki şəxslərin depozitlərinin payı isə 35.76 faiz olub.

Fiziki şəxslərin depozitləri 2022-ci ilin sonu ilə müqayisədə 31 milyon 724 min manat artaraq 750 milyon 737 min manata çatıb. Biznesmenlərin bankdakı əmanətləri isə 56 milyon 986 min manata artaraq 198 milyon 27 min manata bərabər olub. Bu artımlar bankın cəmi öhdəliklərini 84 milyon 933 min manat artmasına səbəb olub. Cari ilin ilk rübündə “AccessBank”ın cəmi öhdəlikləri 1 milyard 141 milyon 26 min manata çatıb.

CƏMİ KAPİTALI ARTIB

Səhmdarların kapitalında dəyişiklik etməyən bankın yığılmış zərəri 5 milyon 459 min manat azalıb. “AccessBank” ümumi ehtiyatlarını isə 593 min manat artıraraq 8 milyon 470 min manata çatdırıb. Buna görə də bankın cəmi kapitalı 118 milyon 814 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 6 milyon 52 min manat və ya 5.36 faiz çoxdur.

FAİZ GƏLİRLƏRİ ƏMƏLİYYAT MƏNFƏƏTİNİ ÇOXALDIB

“AccessBank”ın faiz gəliri 11 milyon 981 min manat artaraq 42 milyon 660 min manata, faiz xərcləri isə 3 milyon 352 min manat artaraq 16 milyon 556 min manata bərabərləşib. Buna görə də bank 26 milyon 104 min manat xalis faiz gəliri əldə edib ki, bu da 2022-ci ilin son rübü ilə müqayisədə 8 milyon 629 min manat çoxdur.

Bankın qeyri-faiz gəliri 2 milyon 463 min manat artaraq 4 milyon 271 min manata, qeyri-faiz xərcləri isə 2 milyon 864 min manat artarq 19 milyon 769 min manata bərabərləşib. Yekunda bankın əməliyyat mənfəəti 8 milyon 228 min manat və ya 3.4 dəfə artaraq 10 milyon 606 min manata yüksəlib.

“AccessBank”ın məcmu kapitalı 2022-ci ilin 4-cü rübü ilə müqayisədə 32 faiz və ya 26 milyon 78 min manat artaraq 107 milyon 598 min manata çatıb.

Qeyd edək ki, bankın aktivlərinin gəlirliyi (ROA) 0.37 faiz artarq 0.43 faizə, kapitalının gəlirliyi (ROE) isə 3.9 faiz artaraq 4.6 faizə bərabərləşib.

AccessBank

2023 (I Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

1.259.840

1.168.855

90.985

Kredit

877.910

813.549

64.361

İstehlak kreditləri

198.718

174.215

24.503

Biznes kreditləri

674.016

634.017

39.999

Daşınmaz əmlak kreditləri

5.176

5.317

-141

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

35.765

33.980

1.785

Xalis Kreditlər

842.145

779.569

62.576

Cəmi Öhdəliklər

1.141.026

1.056.093

84.933

Depozit

948.764

860.054

88.710

Fiziki şəxslərin depozitləri

750.737

719.013

31.724

Hüquqi şəxslərin depozitləri

198.027

141.041

56.986

Cəmi Kapital

118.814

112.762

6.052

Səhmdar kapitalı

270.107

270.107

0

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

-

-

-

Yığılmış zərər

-159.763

-165.222

-5.459

Ümumi ehtiyatlar

8.470

7.877

593

Faiz Gəliri

42.660

30.679

11.981

Faiz Xərci

16.556

13.204

3.352

Xalis Faiz Gəliri/Zərəri

26.104

17.475

8.629

Qeyri-Faiz Gəliri

4.271

1.808

2.463

Qeyri-Faiz Xərci

19.769

16.905

2.864

Əməliyyat Mənfəəti (Zərəri)

10.606

2.378

8.228

Xalis Mənfəət (Zərər)

5.460

803

4.657

Məcmu Kapital

107.598

81.520

26.078

ROA

0.43%

0.06%

0.37%

ROE

4.6%

0.7%

3.9%