USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AccessBank”ın mənfəəti 3.4 dəfə artıb

26.04.2023 Sərfəli Banklar
15 0
“AccessBank” 2023-cü ilin ilk rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, bankın əməliyyat mənfəətində ciddi artım müşahidə olunub.

Kommersant.az xəbər verir ki, “AccessBank”ın faiz gəliri 11 milyon 981 min manat artaraq 42 milyon 660 min manata, faiz xərcləri isə 3 milyon 352 min manat artaraq 16 milyon 556 min manata bərabərləşib. Buna görə də bank 26 milyon 104 min manat xalis faiz gəliri əldə edib ki, bu da 2022-ci ilin son rübü ilə müqayisədə 8 milyon 629 min manat çoxdur.

Bankın qeyri-faiz gəliri 2 milyon 463 min manat artaraq 4 milyon 271 min manata, qeyri-faiz xərcləri isə 2 milyon 864 min manat artarq 19 milyon 769 min manata bərabərləşib. Yekunda bankın əməliyyat mənfəəti 8 milyon 228 min manat və ya 3.4 dəfə artaraq 10 milyon 606 min manata yüksəlib.

“AccessBank”ın məcmu kapitalı 2022-ci ilin 4-cü rübü ilə müqayisədə 32 faiz və ya 26 milyon 78 min manat artaraq 107 milyon 598 min manata çatıb.