USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AccessBank” aktivlər cəmini artırıb

26.04.2023 Sərfəli Banklar
23 3
“AccessBank” 2023-cü ilin ilk rübünə xalis mənfəətini artıraraq start verib. Bankın xalis mənfəəti ötən ilin sonu ilə müqayisədə 4 milyon 657 min manat və ya 5.8 dəfə artıraraq 5 milyon 460 min manata yüksəldib.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “AccessBank”ın aktivlər cəmi 2022-ci ilin son rübü ilə müqayisədə 90 milyon 985 min manat artaraq 1 milyard 259 milyon 840 min manata çatıb. Bu artımda kredit portfelinin payı 70.7 faiz olub. Belə ki, bankın müştərilərinə verdiyi kreditlər 64 milyon 361 min manat artaraq 877 milyon 910 min manata çatıb.

Kredit portfelinin artmasında əsas pay isə biznes kreditlərinin üstünə düşüb. Bankın biznes kreditləri 39 milyon 999 min manat artaraq 674 milyon 16 min manata, istehlak kreditləri 24 milyon 503 min manat artaraq 198 milyon 718 min manata yüksəlib. Bankın ipoteka kreditləri isə 141 min manat azalaraq 5 milyon 176 min manata düşüb.