USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yelo Bank”ın aktivlər cəmi artıb

27.04.2023 Sərfəli Banklar
25 6
“Yelo Bank” 2023-cü ilin ilk rübündə kredit portfelini artıraraq başlayıb.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın kredit portfelinin artması cəmi aktivlərinin artımına səbəb olub. Belə ki, “Yelo Bank”ın cəmi aktivləri 2022-ci ilin 4-cü rübü ilə müqayisədə 8 milyon 826 min manat artaraq 830 milyon 361 min manat olub.

“Yelo Bank”ın kredit portfeli isə 17 milyon 809 min manat artaraq 639 milyon 757 min manata yüksəlib. Bu artımın 16 milyon 839 min manatı mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayrılaraq sözügedən ehtiyatını 21 milyon 757 min manata çatdırıb. Nəticədə bankın xalis kreditləri 34 milyon 649 min manat artaraq 618 milyon manata bərabər olub.

Bank istehlak kreditlərini 202 min manat artıraraq 150 milyon 181 min manata, biznes kreditlərini isə 20 milyon 745 min manat artıraraq 416 milyon 745 min manata yüksəldib. İpoteka kreditləri isə 3 milyon 137 min manat azalaraq 72 milyon 830 min manata düşüb.