USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yelo Bank”ın xalis mənfəəti 11 dəfə artıb

27.04.2023 Sərfəli Banklar
15 7
“Yelo Bank” 2023-cü ilin ilk rübündə xalis mənfəətini 11 dəfə artıraraq 4 milyon 123 min manata yüksəlib. Bu ötən ilin sonu ilə müqayisədə 3 milyon 778 min manat çoxdur.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın kredit portfelinin artması cəmi aktivlərinin artımına səbəb olub. Belə ki, “Yelo Bank”ın cəmi aktivləri 2022-ci ilin 4-cü rübü ilə müqayisədə 8 milyon 826 min manat artaraq 830 milyon 361 min manat olub.

“Yelo Bank”ın kredit portfeli isə 17 milyon 809 min manat artaraq 639 milyon 757 min manata yüksəlib. Bu artımın 16 milyon 839 min manatı mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayrılaraq sözügedən ehtiyatını 21 milyon 757 min manata çatdırıb. Nəticədə bankın xalis kreditləri 34 milyon 649 min manat artaraq 618 milyon manata bərabər olub.

Bank istehlak kreditlərini 202 min manat artıraraq 150 milyon 181 min manata, biznes kreditlərini isə 20 milyon 745 min manat artıraraq 416 milyon 745 min manata yüksəldib. İpoteka kreditləri isə 3 milyon 137 min manat azalaraq 72 milyon 830 min manata düşüb.

DEPOZİT PORTFELİ ÖHDƏLİKLƏR CƏMİNİ ARTIRIB

“Yelo Bank”da hüquqi şəxslərin depozitləri 5 milyon 246 min manat azalaraq 131 milyon 189 min manata düşüb. Bankın fiziki şəxslərə verdiyi kreditlər isə 9 milyon 787 min manat artaraq 445 milyon 651 min manata bərabərləşib. Buna görə də bankın depozit portfeli 2022-ci ilin son rübü ilə müqayisədə 4 milyon 540 min manat və ya 0.8 faiz artaraq 576 milyon 840 min manata çatıb. Nəticədə bankın cəmi öhdəlikləri 4 milyon 331 min manat artaraq 749 milyon 597 min manata bərabər olub.

CƏMİ KAPİTALI ARTIB

Bank yığılmış zərərini 4 miylon 124 min manat azaldıb ümumi ehtiyatlarını isə 372 min manat artırıb. Buna görə də bankın cəmi kapitalı 4 milyon 495 min manat artaraq 80 milyon 764 min manata bərabərləşib.

Yelo Bank

2023 (I Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

830.361

821.535

8.826

Kredit

639.757

621.948

17.809

İstehlak kreditləri

150.181

149.979

202

Biznes kreditləri

416.745

396.001

20.745

Daşınmaz əmlak kreditləri

72.830

75.967

-3.137

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

21.757

38.596

-16.839

Xalis Kreditlər

618.000

583.351

34.649

Cəmi Öhdəliklər

749.597

745.266

4.331

Depozit

576.840

572.300

4.540

Fiziki şəxslərin depozitləri

445.651

435.864

9.787

Hüquqi şəxslərin depozitləri

131.189

136.435

-5.246

Cəmi Kapital

80.764

76.269

4.495

Səhmdar kapitalı

378.000

378.000

0

Yığılmış zərəri

-304.889

-309.013

4.124

Ümumi ehtiyatlar

7.253

6.881

372

Faiz Gəliri

25.544

18.462

7.082

Faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar

674

1.082

-408

Faiz Xərci

9.775

6.557

3.218

Xalis Faiz Gəliri/Zərəri

15.769

11.905

3.864

Qeyri-Faiz Gəliri

2.270

1.319

951

Qeyri-Faiz Xərci

16.662

13.690

2.972

Əməliyyat Mənfəəti (Zərəri)

702

-1.548

2.250

Xalis Mənfəət (Zərər)

4.123

345

3.778

Məcmu Kapital

91.898

93.404

-1.506

ROA

0.49%

0.04%

0.45%

ROE

5.1%

0.45%

4.65%