USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank Respublika” kredit portfelini artırıb

27.04.2023 Sərfəli Banklar
27 6
“Bank Respublika”nın kredit portfelini artırması onun cəmi aktivlərinə müsbət təsir göstərib. Nəticədə bankın aktivlər cəmində artım müşahidə olunub.

Kommersant.az xəbər verir ki, bankın cəmi aktivləri 60 milyon 956 min manat və ya 3.8 faiz artaraq 1 milyard 645 milyon 813 min manata yüksəlib. Bu yüksəlmədə kredit portfelinin payı 32.7 faiz olub. Belə ki, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 19 milyon 937 min manat və ya 2 faiz artaraq 982 milyon 497 min manata çatıb. Bu bölgüdə istehlak kreditləri 3 milyon 171 min manat artaraq 230 milyon 771 min manata, biznes kreditləri 14 milyon 889 min manat artaraq 673 milyon 14 min manata, ipoteka kreditləri isə 1 milyon 868 min manat artaraq 78 milyon 472 min manata bərabərləşib.

“Bank Respublika” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 236 min manat artıraraq 6 milyon 372 min manat etdiyi üçün bankın xalis kreditləri 976 milyon 125 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 19 milyon 701 min manat çoxdur.