USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhalinin bankdakı əmanətləri artıb

27.04.2023 Sərfəli Banklar
18 11
Bankın cəmi öhdəlikləri 1 milyard 523 milyon 412 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 57 milyon 7 min manat və ya 3.8 faiz çoxdur.

Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, bu artımda depozit portfelinin payı 22.2 faiz olub.

“Bank Respublika”nın fiziki şəxslərdən topladığı depozitlər 15 milyon 270 min manat və ya 2.7 faiz artaraq 574 milyon 233 min manata çatıb. Hüquqi şəxslərin əmanətləri isə 2 milyon 636 min manat azalaraq 404 milyon 294 min manata enib. Nəticədə bankın əldə etdiyi depozit portfeli 978 milyon 527 min manata bərabər olub. Bu isə ötən ilin sonu ilə müqayisədə 12 milyon 634 min manat çoxdur.